TURAN BİRLİĞİ TEŞKİLATI HABER PORTALI

  

Allahverdi NAMAZOV-Qərbi Azerbaycandan(Ermənistandan) didergin düşdüyümüz zaman yadda kalan xatireler. 1988. İl.


Allahverdi NAMAZOV-Qərbi Azerbaycandan(Ermənistandan) didergin düşdüyümüz zaman yadda kalan xatireler. 1988. İl.

Reklamlar
Reklamlar
Reklamlar

 

Daglar Sənsiz qəribsəyib,..Sıldırımlı qayalar,yovşanlı təpələr,əl çatmaz yüksəkliklər sənin həsrətindədir.
O, yerləri unutmaq olmaz.Sənin uşaqlıq illərin,boya-başa çatdıgın, məktəb illəri, ana sözü deyərək ilk addım atdıgın, ata nəvazişi gördüyün torpaq,el-oba sənsizdir.
Buzlu bulaqlar,ayaq izi dəyməyən sıldırımlı qayalar arasından axan şəlalənin qıragında bitən,utancaq baxışları ilə boynu bükük bənövşə sənin son dəfə sagollaşmadan getdiyin yollara həsrətlə boylana-boylana baxır, illəri,ayları,saat və dəqiqələri sayırdı.
Sən gedəndə yaz idi:bahar müjdəli qaranquşlar xəbər gətirmişdilər.Ancaq qaranquşlar qəmli görünürdülər. Bəlkə də bu olacaq hadisələri onlar duymuşdular.Ancaq dilsiz quşcugazlar bunu öz uçuşları ilə büruzə verirdilər.
Qapıdakı Alabaş da öz baxışları ilə nəyi isə hiss etdirmək istəyirdi, ancaq halsız vəziyyətdə başını qapının astanasına qoyub,kimsənin çıxmasına mane olmaq arzusundaydı.
Dagların arasından boylanan günəş də öz şölə saçan saçları ilə artıq insanları isitmək fikrindən vaz keçmişdi.
Təbiət də dəyişmişdi.Yamyaşıl otlar vaxtından əvvəl solmaga başlamışdı.

Qapıdakı çinar agaçı qürrəli başını aşagı əyib sanki, əlində əsa tutmuş qoca kişi ilə vidalaşırdı.Çinar agacı sanki bilirdi ki,qoca ağ saçlı nurani kişi öz əlləri ilə əkdiyi,qulluq edib böyütdüyü bu çinarı bir daha ğörməyəcək.
Bu son ayrılıq idi,bu məqamda əlvida sözü demək hər iki canlı üçün çox çətin idi.Heç biri vida sözünü  ürək edib demirdi.Ancaq vida sözünü fələk dedi və ayırdı!!
Bu ayrılıq əbədiləşdi, neçə-neçə şerlər,bayatılar qoşuldu, mahnılar bəslənildi.Oradakı həyat əbədi olaraq əbədiyyətə qovuşdu.
Məndən soruşsalar ki,həyat nədir?
Cavabında deyərdim; həyat dediyin sənin vətənsizliyindir...
Bir söyüd basdırın qəbrim üstündə,
O, mənim əbədi sevgilim oldun.

Reklamlar
Reklamlar
Reklamlar
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar