TURAN BİRLİĞİ TEŞKİLATI HABER PORTALI

  

Elturan MUSAYEV-Qardaş Kazaxstan və Azərbaycan böyük birliyi qurur.


Elturan MUSAYEV-Qardaş Kazaxstan və Azərbaycan böyük birliyi qurur.

Reklamlar
Reklamlar
Reklamlar

 

Qardaş Kazaxstan və Azərbaycan böyük birliyi qurur. 

24 avqust tarixi bəlkə də, türk tarixinə ,ən yeni tarixinə qızıl hərflərlə yazılacaq.İki qardaş ölkənin başçısı çox mühüm sənədlər imzalayacaq.Bu tarixi görüşün faydalarını bütün türk dünyası çox yaxın gələcəkdə görəcək və faydalanacaqdır.Bu günləri illərdir o qədər gözləmişəm,arzu etmişəm ki, nəhayət Uca Tanrı bu tarixi günləri bizlərə nəsib edir.Tanrıya sonsuz şükranlarımı ilətirəm.Qardaş ölkə Kazaxstanla Azərbaycanın 30 illik siyasi ,mədəni əlaqələrinin tarixi ybileyi ərəfəsində bu münasibətləri daha da dərinləşdirmək,qardaşlığımızı daha da möhkəmləndirməyin əsl vaxtı,zamanıdır.Prezident İlham Əliyevin şəxsi də"vəti ilə Azərbaycana rəsmi səfərə gəlməkdə olan Kazaxstan Prezidenti Qasım Comərt Tokayev bu də"vəti böyük məmnuniyyətlə qəbul etmiş və 24 avqustda bu rəsmi görüş baş tutacaqdır.Bu elə-belə sıradan görüş deyil ,əsl iqtisadi ,strateji,mədəni əlaqələrin əslində elə bundan belə başlanması deməkdir.Çox yaxın gələcək də gömrük qaydalarının sadələşdirilməsi, pasport rejiminin ümumiyyətlə ləğvi məsələsi də aktualdır.Əsl müttəfiqlik,əsl qardaşlıq,əsl birlik dövrü başlayır.Bakı bulvarında Kazak çadırı,Kazaxstanda Azərbaycan çadırlarının qurulması iki qardaşın bir ocaqda bir evdə doğulması deməkdir.
Kazaxstanda olarkən məni sevindirən çox möhtəşəm kareleri heç vaxt unutmuram.Kazak qardaşlarımız Azərbaycanın adını eşidəndə çox sevinir və duyğusallaşırdılar.Elə bir neçə gün bundan əvvəl də paytaxt Nursultana(Astana) getmişdim.Gömrük əməkdaşı xanım pasportumda çoxlu Kazaxstan möhürlərini görüb  təbəssümlə"Siz kazaxstanı nə çox sevirsiniz dedi", Mən isə:-- Bura mənim atalarımın yurdudur. Cavabını verdim.Xanım məmur  təbəssümlə heç məni yubatmadan :--- Evinizə xoş gəlmisiniz dedi,və pasportumu möhürləyib mənə uzatdı.
Bu mənim üçün dünyanın ən böyük mükafatı idi.Mən Kazaxstanı heç bir avropa ölkəsinə və onun saxta bər-bəzəyinə dəyişmərəm.Nursultan (Astana) şəhərin də olarkən o qədər möhtəşəm duyğu dolu anlar yaşadım ki,mehriban cana yaxın doğma kazak qardaşlarımızın münasibətləri mənə həyatımın ən gözəl anlarını yaşatdı.Əslin də soyuq iqlimi olan Kazaxstanın insanları soyuq təbiətlidir deyirdilər.İnanın əsla elə deyil.Əyləşdiyim taksilər də Üzeyir oxuyrdu.Nurlanın "Yaşa Azərbaycan" mahnısına yüksək səslə qulaq asırdılar.Azərbaycandan gəldiyumi bilən də gediş haqqını yarıya endirir,yada ki imtina edirdilər.Təbii ki,mən də bu sevgi və xoş niyyətlərdən əsla sui istifadə etmirdim.Mənimlə şəkil çəkdirir,telefon nömrələrini verir,öz votsapp qruplarına atırdılar.Heç qayıtmaq istəmirdim doğrusu.Şair demişkən "Ölüb elə bu yerlər də qalardım".
"Bayterek" qülləsinin yanın da skamyada əyləşib insanları ,parkı ,şəhəri seyr edirdim.Yaxından yavaş sürətlə bir avtomobil keçirdi,erməni mahnısı ilə.Kazak gənclər necə dövrəyə aldılar,söyüş,küfürlə,hədə-qorxu gəldilərsə qorxudan musiqini saxladı, "əlli dəfə"üzr istədi və uzaqlaşdı.
Ürəyim dağa döndü.Bax Kazaxstan budur.Əsl qardaş belə olar.Heç bir erməni ,erməni adında nə dükkan ,nə də bir biznes işlədə bilməz .Ancaq Azərbaycanın ən gözəl adlarıyla möhtəşəm saraylar,restoranlar mövcuddur.Onu bilirəm ki,iki qardaş bir-birinə uzaqda qala bilməz.Bu birlik rəsmi qaydalarla təsdiq olunmalıdır.Və olacaqda.Mağazalar da kassalara yaxınlaşarkən o qədər gözəl təbəssümlə qarşılanırdım ki,qayıdıb bir daha keçmək istəyirdim.Müşahidələrim də yanılmırdım  o cür xoş münasibəti mənə qarşı edirdilər.Digər şəhər sakinləri ilə çox ciddi şəkildə rəftar edilirdi.Çox azad fikirli,demokratik dəyərlərə sadiq bir gənclik var Kazaxstanda.Bunu da öyrəndim ki,qanunla qadağan olunan bir şeyi bir kazak qardaşımızdan əsla tələb edə bilmərik.Qanunlara çox ciddi əməl edilir.Məsələn yüngül sənəd çantamı mühafizəçi xanıma əmanət edib məşhur qülləyə qalxmaq istəyirdim."Olmaz dedi" Xahiş etdiyimi bildirdim.Sadəcə başını sağa ,sola çevirməklə o"olmazı"mənə izah etdi.Türk dünyasının "avropası" Bakıdır'sa, avropa qanunları ilə yaşayan şəhəri Nursultan(Astana)dır.
Bundan əvvəlki gəlişlərim də də eyni cür qarşılanmış və eyni xoş təsuratlarla ayrılmışdım.
Park da ağsaqqal,ağbirçək nənələr,babalarla da xoş söhbətlərim oldu ki,bu söhbətlər əsnasın da yaşlı ,ahıl insanlara təzim edildiyini,onlardan xeyir-dua alındığını da gördüm.Əsl əski türk gələnəkləri olduğu kimi yaşamaqdadır,səmimi və pak.
Yadıma bizim ahıl insanların Nərimanov parkında nərdi oynadıqları ,səs-küy etdiklərini xatırladım.
Onlar da bizlər kimi kommunizmdən ayrılıblar amma əski milli kökə qayıdıblar.Bax mən elə əsl bu səbəblərdən Kazaxstanı və kazak qardaşlarımızı çox sevirəm.Qardaş Türkiyə bayraqları ilə bəzədilmiş dükkanlar,restoranlara da rastladım.Bu mənzərə göysümü qabardırdı.
Qayıdarkən yenə gömrük məmuru, başqa bir xanım məmur xoş təbəssümlə : --- Kazaxstan xoşunuza gəldi ? deyə sual verdi.Mən isə ənənəvi cavabımı vedrim.:
--- Bura mənim atalarımın yurdudur,dedim.
Pasportumu möhürləyib mənə uzatdı və :-- Ata yurda yenə gəlin,dedi.(Otanına ata jerine,tuğan jerine kayıt)
Təyyarənin kiçik pəncərəsindən sevimli şəhərimə həsrətlə baxırdım.Taki,buludlardan görmək mümkün olmadı.
24 avqust türk dünyası üçün çox böyük və əlamətdar bir gündür.Əsl bayram günüdür,birlik günüdür desək yanılmarıq.
Tanrı türkü qorusun.

Reklamlar
Reklamlar
Reklamlar
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar