TURAN BİRLİĞİ TEŞKİLATI HABER PORTALI

  

Elturan MUSAYEV-ZƏNGƏZUR ÖZGÜRLÜK HƏRƏKATI


Elturan MUSAYEV-ZƏNGƏZUR ÖZGÜRLÜK HƏRƏKATI

Reklamlar
Reklamlar
Reklamlar

 

ZƏNGƏZUR ÖZGÜRLÜK HƏRƏKATI 

Əslində illərlə var olan ,ömrünü ,əqidəsini,ürəyini,sevgisini bu yola həsr edən vətən mücahidləri, ziyalılar,qazeteciler,hocalar,alim ve mühendisler bir hərəkatda birləşdilər.Öncələr də ayrı-ayrılıqda və ya çoxları elə birlikdə erməni işğalı və tarixi xəyanətlər nəticəsində işğala məruz qalmış yurtlarımızın geri qaytarılması uğrunda mübarizə aparırdılar.
Bir çoxlarımızın Qərbi Azərbaycan kimi tanıdığı əslin də qədim İrəvan xanlığı  və Osmalı Türkiyəsinin əhatə etdiyi qədim türk yurtlarından ,Azərbaycanımıza məxsus olan Zəngəzur ərazilərindən zorla ,silah gücünə deportasiya olunmuş,yaşamaq haqqları əllərindən alınmış türk əhalinin dünyanın müxtəlif ölkələrinə o cümlədən Azərbaycana və Türkiyəyə səpələnmiş ,qaçqın-köçkün həyatı yaşayan soydaşlarımızın  öz yurtlarına dönə bilmə yolunda araya-ərsəyə gətirmiş olduqları bir hərəkatdır.
Bundan öncə də müxtəlif adlar da təşkilatlar və cəmiyyətlər yaradılmış lakin,süni maniələr,mənfəət güdmələr,vəzifə,kreslo intriqaları o torpaalardan,sovetlərin də köməyi ilə köçə məcbur edilmiş insanların  ümidlərini alt-üst etmiş,xəyal qırıqlığı yaşatmışdır.Bir çoxları bu uğurda müsbət işlər görmüş lakin,dərya da damla olaraq qalmışdır. 

P.S.Bu dava Vəzifə,rüşvət,para,koltuk güdənlərin davası deyil.Bu dava qorxaqların və acizlərin də davası deyil.
Bu da va gerçəkdən qəlbi vətən eşqiylə yanıb tutuşanların davasıdır.Bu dava canını , zamanını bu yola adayanların  davasıdır.
Nigar Ögeday. 

İllər əvvəl bizlər Türkçülük-Turançılıq deyərkən bizlərə ağız kıvıranlar indi bizlərdən çox "Türkçü-Turançı" olmuşlar.
Səbəb isə zamana ayaq uydurub  buqələmun kimi qılıq dəyişib  ortama aya uydurmaq, insanları kandırıb öz arxalarınca kəndi mənfəətlərinə doğru sürüməkdir.
Hal bu ki,bu dava "yağ -bal" güdənlərin  davası deyil.
Bu bizlərə miras qalmış ,əsarətdəki , ata-baba torpaqlarımızın  qaytarılması,azadlığa qovuşması üçündür.Bu tarixi missiya bizlərin çiyinlərinə düşüb.Bu tarixi zərurət bizim zamanımızda çözülməsə gələcək nəsillər bizləri lə"nətlə anacaqlar. 

LİDER DOĞULMUR
LİDERLİK BİLİK ,BACARIQ VƏ QƏTİYYƏTLƏ  ORTAYA ÇIXIR.
Zəngəzur türklərinin yeni bir liderə və yeni bir hərəkata ehtiyacı var idi.Vicdanlı,pak,dürüst,savadlı,bilikli, və əzimkar insanlardan ibarət. 

TARİXİ ZƏRURƏT VƏ HƏRƏKAT.
ZƏNGƏZUR ÖZGÜRLÜK HƏRƏKATI.
Artıq hərəkatın GƏNƏL BAŞKANI yekdilliklə seçilmişdir.
Bu şəxs, heç vaxt əqidəsindən taviz verməyən, qətiyyətli ,cəsarətli xarakteri və iti qələmi ilə bilinən  həm öyrətmən,həm qazeteci,həm siyasətçi HASAN BARIN BƏYDİR.
Son dərəcə Türkçü,Turançı olmağı ilə bütün türk ellərin də tanınan sevilən biridir.44 günlük Vətən müharibəmizdə Azərbaycan əsgərinin Şuşada divara "Hasan Barın bəyə Şuşadan salam" yazması ilə bu böyük rəğbət sevgi gün üzünə çıxmışdı.Hər yerdə sevilən,sayılan bir şəxs olduğu elə Şuşa gerçəyi qədər aydın idi.
Bu münasibətlə  Sayın Gənəl Başkan Hasan Barın bəyi təbrik edir , cəsarətli,qətiyyətli addımlar gözləyirik.Davanız,davamız Kutlu olsun.
Yeni liderlə böyük yolun yolçuları yola qoyulur.Bu karvana bu hərəkata hər kəs qoşula bilər.Bu hər bir türkün davasıdır.
Zəngəzurumuza, qovuşduqdan sonra ,əsarətdə qalan digər türk yurtlarının davaları bizləri gözləyir. 

P S :Kutsal davalar olduqca millət yenidən doğulur.
Elturan Musayev.

Reklamlar
Reklamlar
Reklamlar
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar