TURAN BİRLİĞİ TEŞKİLATI HABER PORTALI

  

Erturan MUSAYEV-YENİ SAVAŞLAR. "QAYNAR AVQUST" GƏLDİ.


Erturan MUSAYEV-YENİ SAVAŞLAR. "QAYNAR AVQUST" GƏLDİ.

Reklamlar
Reklamlar
Reklamlar

 

YENİ SAVAŞLAR.
"QAYNAR AVQUST" GƏLDİ. 

Amerika Rusyanın diqqətini yayındırmaq və Rusyanın  müttəfiqi olan Çini Tayvanla müharibəyə çəkməklə gücünü bölmək marağındadır.Rusya da eyni həmlə ilə Amerikanı Çin-Tayvan müharibəsinə çəkməklə ABŞ -ın diqqətini Ukrainadan yayındırmaq və Ukrainaya etdiyi hərbi və maddi yardımları azaltmaq məqsədi güdməkdədir.
Eyni senari Serbiya və Kosova üzərində də oynanılmaqdadır.
Dünya yenidən bölüşdürülür.Yenidən xəritələr cızılır desək yalan olmaz.Bütün beynəlxalq haqq və hüquqlar puç olmaqda və böyük bir xaosun içərisinə doğru yer kürəsi irəliləməkdədir.
Amerika Çinlə açıq döyüşə girəcəyi təqdirdə isə Şimali Koreya Xalq respublikası müttəfiqi olduğu Çin Xalq respublikasını yalnız qoymayacağı gün kimi aydındır.Bu isə Yeni Koreya müharibəsinin fitilini alışdıracaqdır.Çün ki,Cənubi Koreya demokratik respublikası Amerika ilə müttəfiqdir.Eyni anda Cənubi Koreya Yaponya ilə də müttəfiqdir. 
Dörd ay əvvəl avqust ayının çox "qaynar" keçəcəyini qeyd etmişdim.Bu şərhləri isə  dünya gündəmini və dünyada gedən hərbi - siyasi gedişləri təhlil edərək qələmə almışdım.Demək ki,yanılmamışam.
Amerikanın nəyə görə Talibanı qəfil "xortladıb" Əfqanistanda hakimiyətə gətirməsi də məhs bu günlər üçün vacib idi.Pakistan da İmran Xanın hakimiyyətdən uzaqlaşdırılması da bu qəbildən Amerikanın Çinə və Rusyaya qarşı hesablanmış taktikaları idi.
Pakistan hər nə qədər müstəqil dövlət olsa da nüvə arsenalı ABŞ hərbçiləri tərəfindən "qorunur".
Yaponyanın həm Rusya və həm də Çinlə olan adalar üzərindəki mübahisələri Amerikanın heç də tək olmadığını aşkar göstərməkdədir.
Yeni dünya müharibəsi,yeni iqtisadi böhranlar dünyanın qapısını döyməkdədir.
Buna görə də Türkiyə dövlətinin ordunu müasir və güclü silahlarla təmin etməsi yeni-yeni hərbi texnikaların silahlı qüvvələrə təslim edilməsi çox vacib həyati əhəmiyyət kəsb edir.
Olası dünya müharibəsi fonunda həm öz torpaqlarını və həm də qardaş türk dövlətlərinin sərhədlərini qoruya bilmək  böyük hərbi güc və potensial tələb edir.
Və "qaynar "avqust gəldi.

Reklamlar
Reklamlar
Reklamlar
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar